
Mülüm Maqomayev adına Azərbaycan dövlət Filarmoniyasında aprelin 11-də Soltan Hacıbəyovun 95 və İsmayıl Hacıbəyovun 65-illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertin ilk hissəsində ata - Soltan Hacıbəyovun, ikinci hissəsində isə oğul- İsmayıl Hacıbəyovun əsərləri səsləndi.

Soltan Hacıbəyov :
1."Karvan" simfonik lövhələri (Ü.Hacıbəyliyə həsr olunur)
Karvan" simfonik lövhələrini dəfələrlə eşitsəm də ilk dəfə canlı dinlədim. Bu əsəri canlı ifada dinləməyinizi məsləhət görürəm. O zaman nə demək istədiyimi anlayacaqsız.
3."Hind" lövhələri
İsmayıl Hacıbəyov :
1.İkili konsert (Violin,cello və orkestr üçün)
2.Fortepiano və orkestr üçün "Cəngi mövzusunda" rapsodiya ("Fərhad Bədəlbəyliyə həsr olunur)
Rüfət Xəlilov :
"Heyratı" ( İ.Hacıbəyliyə həsr olunur)
Təəssüflər olsun ki, telefonum zaryadkası bitərək söndü və mən digər səslənən əsərlərdən heç olmasa qısa fraqmentlər belə çəkə bilmədim.
P.S.Biz musiqişünaslar konsertlərə getməli, əsərləri canlı dinləməliyik. Getdiyimiz konsertlər haqqında məqalə yazmalıyıq. Youtube-dan əsərlərə qulaq asmaqla nəinki musiqişünas heç musiqiçi olmaq olmaz. Yoxsa dərsdən yorğun halda çıxıb,saat 7 üçün konsertə getmək, hələ üstəlik çox vaxt soyuq havalarda getmək bəzən bizə də xoş olmur. Bilməyənlər bilməsi, unudanların xatırlaması üçün dedim =)
No comments:
Post a Comment