"Genç bir sinemacı olma hayalindeki Mert‘in tek amacı ne olursa olsun kendi filmini çekmektir. Bu hayale ulaşmak için en yakın dostları Okay ve Aras'ı da yanına alarak projeye koyulurlar. Fakat film işi masraflıdır ve pek yerden borç para alırlar; borç isterken de kırk takla atarak yalanlar söylerler. Tabii bu yalanlar dönüp dolaşıp başlarına bela olacaktır. Fakat geri dönüş yoktur ve bir kere film çekmek için yola çıkmışlardır. Evden hesap çarşıya uymayınca, macera ve komedi dolu olaylar biribirini izler. Çıktıkları bu yolda, işler planladıkları gibi gitmeyince, kendilerini macera dolu, birbirinden komik olayların içinde bulurlar.Filmin senaristliğini, yönetmenliğini ve yapımcılığını Talip Karamahmutoğlu'nun üstlendiği filmde Kadir Doğulu, Müge Boz, Bülent Çolak, Emre Sungur, Turan Özdemir, Teoman Kumbaracıbaşı gibi isimlerin yanı sıra Nuri Alço ve Coşkun Göğen gibi Yeşilçam'ın renkli isimleri de var. Filmin müzikleri ise Cahit Berkay ve Halil Sezai'ye ait."
Yuxarıdakı yazını olduğu kimi 28 cinemanın saytından copy etmişəm. Yəni biletləri almağımıza baxmayaraq bu filmi izləmədik. Mənasızlıqda cığır açan komediya yaratmaq ideyasına bu filmin baxdığım 20-dəqiqəsində şahidi oldum.
Dünənki seminar stresindən sonra bu gün filmə baxmaq istəyirdim. Yanvardan bəri dərslərdən vaxt edib heç bir filmə gedə bilməmişdim. Əslində baş rollarını İbrahim Çelikkol , Belçim Bilginin paylaşdığı və Korea filminin (Always / Only You ) türk versiyası olan "Sadece Sen" filmini izləmək istəyirdim. Amma indidən deyim, əgər mənim kimi o filmə baxmaq istəyirsizsə biletləri əvvəlcədən alın. Çünki Nizami Kinoteatrında biletlərin hamısı alınmışdı. Metro Parka isə getmək istəmədim. Ümidlərim qırıldı, amma mən bu gün filmə baxmalıydım. Düzü mənasız yerə gedib 28 cinemada 20 dəq əyləşdiyimizə heyifim gəlir. Mənə qalan bu gözəl havada rəfiqəmlə çıxıb şəhəri gəzməyimiz oldu. Yəni deməyim odur ki, "Bir hikayem var " filminə getməyin, mənasızdır, vaxt itkisidir.
Sağlıqla qalın. :)
No comments:
Post a Comment