Paxlava qoxusu mənim üçün Novruz deməkdi. Nə şəkərbura, nə qoğal... Məhz paxlava qoxusu.Uşaqlığımdan paxlavanı sevmişəm, amma bu 3 şirniyyat içində ən sevmədiyim şəkərbura olub. Hər halda anam uşaq vaxtı aşı sevdirməyə çalışdığı qədər mənə şəkərburanı sevdirməmişdi. Çünki düyü camalı gözəlləşdirir, ömrü uzadırdı. 3 ildir saçlarımı kəsdirib kəsdirməmək mövzusunda tərəddüd içindəyəm. Düzü o qədər uzun saçlarım da yoxdu. Ümumiyyətlə qərarsızlığımı sevmirəm. Məncə bu mövzuya həddindən artıq duyğusal yanaşıram. Hərdən vecsiz insanlara yaxşı mənada həsəd aparıram. Axı həddən artıq duyğusallıq da özünə zülm etməkdir.
Bəzən neft, bəzən dəniz qoxulu Bakımda yalnız baharı sevirəm. Çünki bahar özü-özülüyündə sevincdi, xoşbəxtliyə səbəbdi. Bəlkə də baharın gəlişinə xoşbəxt olmaq da dəlilikdi. Bu bahar ürəyim qədər xoşbəxt olmaq istəyirəm.
Bu gun getmek istedim ...
Haqlı olmaq çox zaman xoşbəxtlik demək deyil, ya da bəlkə də çox zaman yox heç vaxt.
Havalar isinseydi yaxşı olardı.. Şərq insanı soyuğu sevmir, axı artıq martdı.
Birce istirahet aylarimiz tez gelseydi.
Insanlardan gedə bilməməyimizin səbəbi onlar mükəmməl olduğu üçün deyil, ya gedəsi yerimiz olmadığı ya da ürəyimiz icazə vermədiyi üçündür.
Evə hələ də nərgiz gülü alınmayıb, halbuki evdəkilər bu gülü mənim nə qədər sevdiyimi bilirlər. Bu aralar hamının başı qarışıqdı, elə mənim özümün də...
P.S."Another Birth", from album "Golden Autumn 2" by Fariborz Lachini
Videodakı payız görüntülərini nəzərə almadan musiqini dinləyin, yazı hiss edəcəksiz :)
No comments:
Post a Comment