Monday, 3 March 2014

Celtic Legends

    Dünyaca məşhur step rəqsinin usta ifaçıları “Celtic Legends” rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı oldu. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşatdı. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutan konsertdə iştirak etmək mənə qismət oldu.  Step rəqsinin əsrarəngiz ahəngindən inanılmaz böyük zövq aldım.


“Celtic Legends” qrupu 2001-ci ildə İrlandiyanın Konnemara torpaqlarında irland musiqisinə və rəqsinə böyük töhfələr vermiş Qalveydən olan gənc istedadlar tərəfindən yaradılıb. Rəqqaslar tamaşaçılarının nəzərində daima fərqli çıxışları ilə yadda qalıblar. Qrupun bütün rəqqasları erkən yaşlarından dünyaca məşhur rəqs yarışmalarının qalibi olublar. Qrup hər zaman öz tamaşaçısını milli irland rəqsinin sehrli ilə ovsunlayıb. Qrupun xoreoqrafı Jakinta Şarpe, musiqi direktoru Sin Makkarti və dünyaca məşhur qəhrəmanı Viliyam Boltdur.

 İfa olunan hər rəqs və musiqi parçasının folklora əsaslandığını nəzərə alsaq hər birinin məncə özünəməxsus izahları var idi, amma çox heyif ki, konsertin proqramı yox idi. İrland musiqisi və rəqsləri bizə uşaqlıqdan tanışdı. Həmin rəqslərin və musiqinin canlı şahidi olduğum üçün özümü xoşbəxt hesab edirəm.

















No comments:

Post a Comment