Əvvəlinə baxıb təxmini necə olacağını düşünsəm də film heç vaxt ağlıma gələ bilməyəcək sonluqla nəticələndi. Rejissor və senarist Kerem Derendi. Engin Akyürek yəni filmdə canlandırdığı obrazın adıyla desəm Tekin Bulut bir karikaturisti canlandırır.
Filmdə onun çəkdiyi kimi qələmə verilən rəsimləri isə Türkiyənin məşhur karikatura ustalarından biri olan Erdil Yaşaroğlu çəkib.
Bəyənmədiyim məqamlar var idi amma filmdə mənə maraqlı gələn çox cümlələr eşitdim. Ən sevdiyim cümlə isə "Bazı şeyleri hatırlamak tehlikelidir" oldu.
Ola bilsin filmi tam olaraq sevə bilmədim, izah olunmağa çalışılan mənə görə - insan sevgisiylə birini dəyişdirə bilər, onu özünün həyatına bağlayıb özünə aid edə bilər. Əgər o insan da bunu istəyirsə və onu istəyəni sevirsə. Amma həmin insanı qoyub heç yerə getməyin. Nəticələri gözlənilməz olur.
Soundtrackını eşitməyən yoxdur yəqin ki, amma yenə də paylaşmaq istədim.
P.S. Ən sonda yazdıqlarımla nə demək istədiyini bilmək istəyirsizsə filmə baxın -)"bi küçük eylül meselesi var.. halledemiyorum."
"bi küçük eylül meselesi var.. halledemedim."

No comments:
Post a Comment