Məşhur italyan bəstəkarı, verizmin ən parlaq nümayəndələrindən biri olan Puççininin “Çioçio-san” operası yapon geyşasının Amerika
donanmasının leytnantına olan məhəbbətindən bəhs edir. Bu tamamilə müasir bir mövzuya
yazılan operadır.Bəstəkar Yaponiyanı, onun ənənələrini səhnədə göstərir. Yəni çox
orjinal, tamamilə Avropa opera səhnəsi üçün yeni olan süjetdir.
Əvvəlcə onu deyim ki, opera 3 pərdəlidir. Baxmayaraq ki, biz operada olarkən 3 pərdəni izlədik amma həm afişada həm də proqramda 2 pərdəli opera kimi yazılmışdı.
Tamaşanın musiqi rəhbəri və dirijoru : Yalçın Adıgözəlov
Quruluşçu rejissor : Hüseyn Əliyev
Xormeyster : Sevil Hacıyeva
Konsertmeysterlər : Roza Məmmədova, Vəfa Əzizova
Tamaşanı idarə edən : Kamil Sultanov
İştirak edirdilər :
Madam Butterflya (Çioçio-san) : Zemfira İsmayılova
Pinkerton (amerikalı zabit) : Fərid Əliyev
Suzuki ( Çioçio-sanın qulluqçusu) : Səbinə Vahabzadə, Səbinə Əsədova
Şarples ( Amerika konsulu) : Valdimer Qromov, Əliəhməd İbrahimov
Qoro: Tural Ağasıyev
Yamadori: Fərid Əliyev
Bonza : Anton Fernştandt
Ket : İlahə Əfəndiyev
Komissar : Firus Məmmədov
Operanın qısa məzmunu :
Qəflətən toy məclisinə yapon ruhanisi Bonza gəlir. O, Çioçio-sanı lənətləyir və özü ilə onun bütün qohum və dostlarının aparır. Pinkerton ağlayan Çioçio-sanı sakitləşdirir.Gecənin sükutunu onun incə, sevgi dolu sözləri pozur. Coşqunluq içində olan Pinkerton isə ona ehtirasla cavab verir.
İkinci pərdə : Çioçio-sanın evində otaq. Burada o balaca oğlu və sadiq qulluqçusu ilə Suzuki ilə yaşayır. Pinkerton Amerikaya qayıtmışdır. Gedərkən 1 ildən sonra qayıdacağına söz versə də, 3 il keçməsinə baxamayaraq, Pinkertondan bir xəbər yoxdur. Konsul Şarples gəlir.
O, Pinkertondan məktub almışdır.Məktubda Pinkerton Amerikada evləndiyini yazır və
xahiş edir ki, dostu Çioçio-sanı bu xəbərə hazırlaşdırsın. Şarples məktubu oxumağa başlayır. Lakin Çioçio-san sadəlövhcəsinə Pinkertonun qayıtması barədə ona xəbər göndərdiyini düşünərək Şarplesin sözünü kəsir.
Çioçio-san Şarplesin çoxdan bəri ona elçi düşən varlı Yamadorinin təklifini qəbul etmək haqqında məsləhətini eşitmək istəmir. Konsul gedir.
Üçüncü pərdə : Gözlənilmədən gəmidən top atılır - Pinkerton qayıdır. Şübhələr yox olur, Çioçio-san əmindir ki, ərinə olan inamı özünü doğrultdu. Pinkerton Şarples və bir əcnəbi qadınıa gəlir.
Qadın Pinkertonun arvadı Ket imiş. Şarples Suzukidən xahiş edir ki, o hər şeyi Çioçio-sana danışsın. Lakin Çioçio-san hər şeyi özü başa düşür. O, bilir ki, Pinkerton oğlunu aparmağa gəlib : atanın istəyi onun üçün müqəddəsdir.
( Maraqlıdır ki, biz səhnədə oğlan uşağının əvəzinə qız uşağını gördük. Daha doğrusu qrupyoldaşım Validəylə nə qədər aydınlaşdırmağa çalışsaq da səhnədəki uşağı qıza bənzəttik, çünki oğlana oxşamırdı.)
O,oğlunu verməyə hazırdır, lakin xahiş edir ki, uşağın ardınca bir saatdan sonra gəlsinlər.
Suzuki ilə baş-başa qalan Çioçio-san çarəsizliyini gizlədə bilmir. Hönkür-hönkür ağlayaraq yerə yıxılır. Sonra özünə gəlib Suzukini harasa yollayır və xəncəri çıxarır.
Sevimli oğlu ilə vidalaşır və özünü öldürür.
Operadan görüntü :
No comments:
Post a Comment