Bu il 6-cısı keçirilən Qəbələ musiqi festivalında iştirak etmək mənə də qismət oldu. Festival iyulun 23-dən avqustun 1-nə kimi davam etdi. Mən festival çərçivəsində ayın 26-da açıq havada keçirilən konsertdə iştirak etdim. Həmin günü proqramda JOHANNESBURG PHILHARMONIC ORCHESTR-nin ifasında aşağıdakı proqram səsləndi :
L. v. Beethoven - Ouverture Egmont
L. v. Beethoven - Piano Concerto No. 3 in c minor, Op. 37
J. Brahms - Symphony nr. 1 in c minor, op. 68
Dirijor Rauf Abdullayev, pianoçu isə Murad Adıgözəlzadə idi. Piano konserti ilk dəfə olaraq BELTMAN pianosunda ifa olundu.
Aşağıdakı videoda proqramdakı sonuncu əsərin 1-ci ( tam ) və 2-ci (yarımçıq) hissələri var.
P.S. Bu festivalda işrtirak etməyi həqiqətən çox istəyirdim.
Təşəkkürlər ata, səni çox istiyirəm ^_^
No comments:
Post a Comment