Proqramın adı "Kamera orkestri ilə dünya səyahəti" adlanırdı. Proqramın belə adlandırılmasının səbəbi müxtəlif ölkələrdən olan bəstəkar əsərlərinin ifa olunması idi. Maraqlı məqam ondan ibarət idi ki, hər əsəri dirijor özü bir növ şeirvari surətdə elan edirdi. Videoları izləyəndə bunun şahidi ola biləcəksiniz.
İlk ifa olunan əsər Ü.Hacıbəylinin "Arşın Mal Alan" operettası mövzularına fantaziya idi.
Çaykovski Simli serenadadan "Vals" :
Daha sonra Belarus milli bəstəkarı Kurian Vladimirin əsəri ifa olundu.
M.Oginski : "Polonez"
Dvorjak : Vals a-moll
Daha sonra Sarasate, Piazolla, Şostakoviç kimi bəstəkarların əsərləri ifa olundu. Amma mən telefonumun yaddaşı ilə bağlı olaraq daha onları çəkə bilmədim :)))
Sonda tamaşaçıların istəyilə də iki əlavə əsər (Slavyan xalq musiqisi və Pink Panterin soundtracki) də ifa etdilər.
No comments:
Post a Comment