Saturday, 17 October 2015

Minions (2015) - Despicable Me Prequel

Minion sözünün mənası çox maraqlıdır ki, hərfi tərcümədə sevimli olmasına baxmayaraq digər mənada isə qul deməkdir. Əlsində heç planımda yox idi amma uzun müddətdir doyunca gülmədiyim üçün xalamqızı ilə bu 3D cizgi filminə getmək istədim. Düzünü deyim bu Minionların 3-cü seriasıdır və bundan əvvəlkilərə baxmamışdım. 

Bu dəfəki minyonların mövzusu belə idi. Dünya tarixinin başlanğıcından bəri bu balacaların yalnız bir məqsədi olur : Ədələtsiz hökmdara xidmət etmək. İlk vaxtlar dinazavrlara, zaman keçdikcə Firon, Napaleon, sonralar Drakula kimi hökmdalara xidmət etsələr də onların hamısının sonu ölüm olur. Nəhayət Antarktikaya gedib insanlardan uzaq bir həyat qururlar. Amma bu da onlara xoşbəxtlik gətirmir. Artıq ötən əsrin 60-cı illərinə gələndə yəni 1960-cı illərə gələndə bir neçə macəra sevən minion yəni Stüart, Bob, Kevin -  Amerikaya gedib özlərinə yeni bir hökmdar axtarmaq qərarına gəlirlər.  Cizgi film elə bundan sonra başlayır. 


Çox möhtəşəm idi deyə bilmərəm, nəzərə almaq lazımdır ki, bu uşaqlar üçün nəzərdə tutulub amma "Frozen" i həddindən artıq sevdiyim üçün düşünürdüm bunu da sevərəm. Amma çox təəssüf ki, elə olmadı. 


Youtube-da minionların bizim dildə dublyaj edilmiş səhnələri var. Onlar çox daha maraqlıdı. Məncə onlara baxın :)) 

 



No comments:

Post a Comment