"Bu gün anam ölüb. Bəlkə, dünən olub bu, xəbərim yoxdur?" - Bu məşhur cümlənin yəqinki Alber Kamünün "Yad" adlı romanının ilk cümləsi olduğunu bilməyəniniz yoxdur .
Hadisələr elə baş qəhrəman Mersonun dilindən nəql olunan romanda baş qəhrəman Merso qısa zaman ərzində bir cinayətkara çevrilir. Nəinki ətrafda baş verən hadisələrə hətta özünə belə özgələşən Merso, sonunun necə olacağını bilsə belə kifayət qədər soyuqqanlı davranır. Əsər boyu bunu çox aydın şəkildə hiss eləmək mümkündür.
Hər birimiz həyata fərqli dərəcələrdə yadıq. Ümumilikdə bu yadlıq getdikcə də artır. Soyuqqanlılaşırıq. Hadisərələ emosional şəkildə yox daha məntiqlə yanaşırıq. Buna həqiqətən çox təəssüf edirəm. Hislərimiz getdikcə məhv olur, insani dəyərlər itir. Bir-birimizi nəinki başa düşmək heç dinləmək istəmirik. Bu əsərdə isə insanın yadlığının ifrat həddi göstərilib. Ümid edirəm bütün insanlar bu həddə gəlməz.
Kitabdan seçdiklərim :
1. Qocalıq, bəlkə, elə zamanın donmasıdır.
2. Vaxt necə sürətlə axıb keçir. Məni yuxu basırdı, nə illah eləsəm də, yerimdən qalxa bilmirdim. Raymonun baxışlarını duman içində görürmüş kimi sezirdim, sonra mənə üzrxahlıq elədi, ürəyini sıxma dedi. Niyə ? İzah elədi ki, anamı itirdiyimdən xəbəri var. Gec-tez hamımız öləcəyik. Biri ölür, beşi doğulursa, bu, düz deyil, hamı ölür, hərə öz növbəsini gözləyir.
3. .. həyat, onsuz da, heç zaman dəyişmir, istənilən halda hər şeyin konkret dəyəri var.

4. Tələbə olduğum illərdə çox ambisiyalı idim, elə bilirdim, dünyanı alt-üst edərəm. Ancaq təhsilimi başa vurduqdan çox az sonra anladım ki, bütün bunlar əslində, cəfəng və mənasız şeylərdir.
5. Bir vaxtlar anam deyərdi ki, insan övladı nəyə desən, öyrəşə və alışa bilər.İnsan nəyə desən, tab gətirə bilər.
6. Anam həmişə deyərdi ki, insan tam bədbəxt olmur.
P.S. In January 1955, Camus wrote: "I summarized The Stranger a long time ago, with a remark I admit was highly paradoxical: 'In our society any man who does not weep at his mother's funeral runs the risk of being sentenced to death.' I only meant that the hero of my book is condemned because he does not play the game."
P.S. In January 1955, Camus wrote: "I summarized The Stranger a long time ago, with a remark I admit was highly paradoxical: 'In our society any man who does not weep at his mother's funeral runs the risk of being sentenced to death.' I only meant that the hero of my book is condemned because he does not play the game."
No comments:
Post a Comment