VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertlərdən biri də sentyabrın 19-da bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının Böyük Zalında oldu. “Rusiya Saksofon Kvarteti” nin ifasında zaldakılar istər klassik, istərsə də müasir dövr bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramını böyük zövqlə dinlədilər.
“Rusiya Saksofon Kvarteti” – dörd gənc, enerjili və istedadlı ifaçılardan ibarət unikal ansambldır. 2010-cu ildə yaranmış kvartetin üzvləri Vladimir Koznov ( soprano-saksofon), Stanislav Pyalov ( alt saksofon ), Stanislav Prijimov ( tenor saksofon), İlya Boqomol ( bariton saksofon) -dur
Saksofon ifaçıları əvvəlcə dinləyiciləri proqramdan kənar bir musiqi ilə salamladılar. Baxın Arnştat (1703-107) dövründə qələmə aldığı “Kiçik fuqa” adı ilə məşhur olan 4 səsli g-moll Orqan fuqasını məhz saksofonların ifasında eşitmək həqiqətən çox xoş idi. Ardınca maraqlı əsərlər ( Baxın “İtalyan Konserti”nin birinci hissəsi , Motsartın “Sehirli Fleyta” operasından “Ariya” , fransız bəstəkarı F.M. Janjanın “Kvareti”, Şnitkenin “Qədim üslubda süitası” , M.Naymanın “Song for Tony” , H. Vayberni “Ula in Africa” , J. Matita “Çin Reqtaymı” ) bir-birini əvəzlədi. Aydındır ki, bu əsərlərin hamısı saksofon üçün yazılmamışdı. Bəziləri kvartetin üzvü olan İlya Boqomol tərəfindən işlənmişdi.
Sonda isə səhnədən enib zalı dövrə vuraraq “Oyuncaq” filmindən musiqini səsləndirərək xoş əhval ruhiyyə ilə konserti yekunlaşdırdılar.
P.S. Heç planlaşdırmamışdım bu konsertə getməyi amma Xəyalə təkid etdiyi üçün etiraz etmədən getdim. Bir daha Bakıya gəlsələr amma çox daha fərqli və daha da çətin proqramla çıxış etməklərini ümid edərəm. :)))

No comments:
Post a Comment