Nəhayətsiz Humanistlə getdiyimiz sonuncu ünvan Vaqif Mustafazadənin ev muzeyi oldu. Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazdə 1940-cı il 16 mart tarixində Bakı şəhərində anadan olub. Vaqifin atası hərbi həkim olmasına baxmayaraq musiqini çox sevirdi. Anası Zivər xanım dahi Üzeyir bəyin tələbələrindən və ilk qadın pianoçulardan biri olmuşdur.
Vaqif Mustafazədənin iki qızı var. Birinci qızı Lalə Mustafazadə hal-hazırda Fransada Grand Operada işləyir.
| Məzar üstü abidəsi |
Vaqifin anası tərəfindən yazılmış məzar üstü şeiri :
"Nə idi İlahi sən ey yaradan
Bir xoş gün görməyə vermədin imkan
Min gur əziyyətlə canımı aldın
Tez deyilmi sən məni məzara saldın?
Ey məzar! Qara torpaq, onu əziz saxla
Odur gözümün nuru.
Ey məzar əfsus."
Əziz anasından əbədi abidə.
| Amerikanın səsinə qulaq asaraq cazz musiqisini dinlədiyi radio |
| Azad Zeynalovun diplom işi |
No comments:
Post a Comment