Thursday, 16 July 2015

"İçimdeki insan" ( 2015 )


 Xəyayləylə çoxdandır ki, filmə getmirdik, seçim də çox az idi. İrfan Yalçın’ın “Fareyi Öldürmek” adlı  romanına əsaslanaraq çəkilən "İçimdeki İnsan"  filminə təsadüfən getdik. Mövzunun nə olduğunu belə bilmirdik. 
Nuri adlı jurnalist illər sonra atasından qalan torpağı satmaq üçün doğulduğu kəndə gəlir. Burda təsadüfən dostu Sabri ilə qarşılaşır. Sabri illərdir dövlət işində işləyir. Və bilinməyən bir səbəbdən işlədiyi yerdəki işçilərdən birinin başına dəmirdən olan əşyayla vurub öldürür. Sabrinin Nuriylə bağlı keçmişdə o qədər də yaxşı xatirələri yoxdu. 

Film illərdir işinə gedib gələn üstəlik rövşət götürməyən sakit təbiətli bir insanın niyə səbəbsiz yerə başqa birini öldürməyini açıqlayır. Üstəlik bu insan sadəcə bir siçan öldürdüyünü deyir.  Daha sonra həbsxanada intihar edir. 

Bundan sonrasını daha deməyim.



Siz izləyin.  Rejissoru Aydın Saymandır. Filmdə  Suavi Eren, Vedat Erincin, Füsun Demirel, Şebnem Bozoklu, Menderes Samancılar, Rıza Sönmez, Melek Şahin, Macit Koper, Timur Ölkebaş, Gürkan Güzeyhuz, Ahmet Yaşar, Seda Kızıltoprak, Muhlis Asan və Seda Bozkurt kimi aktyor və aktrisalar yer alıb. 



Sabrini Səbahəddinin Əlinin "Kürt Mantolu Madonna"sındakı Raif Əfəndiyə bənzəttim. Yəni ömürdə yaşanılacaq hansısa bir neçə il bir ömrə kifayət edir. Qalanı daha mənasız olur. Düzü filmin əsaslanaraq çəkildiyi romanı oxumamışam. 
Ən sonda Nuri ilk dəfə kəndə gələndə yazmağa başlayacağı "Ayrılık hikayesi" nin adının "Yalnızlık hikayesi" ilə dəyişdirir. 
P.S. Tətilimin ortasında 5 günlük Bakı Sərgüzəştlərim elə filmə getdiyim gün yəni iyulun 1-də günortadan sonra qardaşımla bərabər rayona qayıtmağımla nəticələndi.  Cümlə daxilində Bakının Avropa kimi səsləndiyinin də fərqindəyəm, kim bilir qismət olsa bir gün sizə başqa ölkədən yazaram.  ^_^  
Sağlıqla qalın.

No comments:

Post a Comment