Monday, 13 July 2015

Miniatür Kitab Muzeyi - 2 ( 30.06.15)


Arxeologiya və Etnoqrafiya muzeyindən çıxandan sonra Miniatür Kitab Muzeyinə üz tutduq. Bir xeyli axtardıqdan sonra Muzeyi tapdıq. Muzeyə bir qrup türkiyəli turistlə daxil olduq. Natalie xanımın həmin gün təzyiqi qalxdığı üçün bizə  kifayət qədər kobud davrandı. Təbii ki, haqsız idi. Tursitlərə izahat verdikdən sonra bizə əziyyət çəkib kitablar haqqında məlumat vermək istəməməsini  daha sakit tərzdə də deyə biıərdi. Nəinki bizim cavan olmağımız və bu muzeyə indi yox daha əvvəl gəlməli olduğumuz haqqında dərs verməyə çalışmamamlıydı. 

Sağ tərəfdə gördüyünüz şəkildəki kitablar haqqında isə bizə kifayət qədər minnətlə məlumat verdi : 
" Göy qutudakı ağ rəngli konteyner var. O konteynerin içində 1 kiçik kitab var. 0.75 mm ölçüsündədir. Sandıqçanın üzərindəki konteynerdə isə 3 kiçik kitab var.  Nöqtə boyda kitabın 22 səhifəsi və 4 fəsili var.  Kitabın 2012-ci ildə 250 nüsxəsi buraxılıb. 174-cüsü bizdədi. Kitabın alt və üst qabığı qoyun dərisindəndir. Kağızı palıd ağacındandı. Kitabın 4-cü səhifəsində rəsmin içində mətn gizlənib. Mətnin xətləri 10 mikrondur.  1 mikron 1000 mm-ə bərabərdir.  Bu muzey dünyada ilkdir. Muzey 13 ildir fəaliyyət göstərir. Bu muzey Ginesin Rekordlar kitabına düşüb. " 
 Bundan başqa digər heç bir kitablarda maraqlı heç nə yox idi. Əslində nəzərə alsaq hamısı bildiyimiz kitabların kiçildilmiş versiyasıdır. 

P.S.Satış üçün seçim çox az olduğundan Nəhayətsiz Humanist də mənim keçən dəfə aldığım kimi Nigar Rəfibəylinin şeirlər kitabını aldı. 


No comments:

Post a Comment