Monday, 21 August 2017

Gustave Flaubert : "Madame Bovary"

Qustav Floberin adını onun əsəri əsasında yazılmış Musorqskinin eyniadlı operası olan  "Salambo"  əsərindən sonra eşitmişdim. 
Oxuduğum əsəri məni çox məyus etdiyin görə dünya ədəbiyyatında realist axının nümayəndələrindən biri hesab olunsa da nə onun haqqında, nə də yaradıcılığı haqqında yazmağa həvəsim yoxdu. 
Birbaşa əsər haqqında öz fikirlərimi yazıb kifayətlənməyi düşünürəm. 

Genlərimdə Şərq qadını ruhunu daşıdığımdan və  azərbaycanlı nöqteyi nəzərimdən yanaşsam mənə görə ən mənəviyyatsız əsərlərdən biridir. İnsan ürəyində xoşbəxt deyilsə ona  xoşbəxtliyi başqaları gətirə bilməz, eləcə də o kimisə xoşbəxt edə bilməz. Üstəlik  həyat yoldaşı  ( məncə əslində Şarl elə ancaq onun nazıyla oynayırdı) onu xoşbəxt etmir deyə onu  Leonla, Rodofla aldatmalı deyildi. Həyatdakı xoşbəxtliyi başqalarında axtarmaq da mənasızdır. 
Bəlkə avroplalıar Madam Bovarinin elədiklərinə haqq qazandırılacaq səbəblər taparlar deyə Şərq qadını nöqteyi-nəzərini vurğuladım.  Əsərin sonunda intiharı çıxış yolu kimi seçdiyini də nəzərə alsaq məncə yenə də haqq qazandırılacaq tərəfi yoxdur.
Yenə də əsər haqqında uzun şərh vermək istəmirəm. Təcrübəli olmadığımı da nəzərə alsaq bəlkə də ailəli olanlar tamam başqa cür yanaşa bilərlər. 
 Məncə yenə də başqasında xoşbəxtliyi axtarmaq lazım deyil, ürəyinizdə xoşbəxt olub başqalarını xoşbəxt edin,  azərbaycansayağı sadəliklə desəm  "Arvad çay süz gəlirəm", ya da "  A kişi gəl çay içək", demək istədiyiniz, söhbətinə yorulmadan qulaq asa biləcəyiniz biriylə ailə qurmaq lazımdı :) 

P.S. "Şərq Qərb" nəşsiyyatına məxsus oxuduğum bu ilk kitab idi ki, həddən artıq orfoqrafiq səhvlərə rast gəldim. Əvvəl bu nəşriyyata aid oxuduğum heç bir kitabda demək olar k, heç bir səhvə rast gəlməmişdim.  Nəşriyyatın nümayəndələri bunu oxuyursunuzsa mümkünsə o yazı səhvlərini düzəldin. Heç sizə yaraşdırmadım. 

Hə, nə olsun ki, yavaş-yavaş günlər keçdikcə bahar qışı, payız yayı əvəz etdi. Beləcə o da getdi. Az-az, damla-damla dərdə də çəkildi, uzaqlaşdı, elə bil ki, dibə çökdü. 

Təfərrüat unuduldu, lakin təəssüf qəlbdə qaldı.

Məgər məhəbbət üçün hind bitkiləri kimi xüsusi becərilmiş bir torpaq, xüsusi bir istilik lazım deyilmi?
-Ah, mən dənizin məftunutam, - dedi.
-Siz hiss etmədinizmi, - deyə madam Bovari qeyd etdi, - düşüncə orda sonsuz fəzalar üzərindən süzərək sərbəst uçur. Onu seyrə dalmaq ruhu yüksəldir və düşüncəni sonsuzluqlara, imkansız şeylərə doğru aparır. 

Səadət müjdəsi gətirən ilk hissələr tropik ölkə sahillərinə bənzəyir. Bu sahillər qarşılarında açılmış intihasız ümmani rahiyələr saçan küləkləri ilə, öz təbii isti nəfəsləri ilə oxşayırlar və insan üfüqünün görünməz uzaqlıqlarına sərməst olub yuxuya dalırlar. 

No comments:

Post a Comment