Serb yazıçısı və dramaturqu Branislav Nuşiç 1864-cü ildə 20 oktyabrda Belqradda tacir ailəsində anadan olub. Əsl adı Alkiviad Nuşa olub. Gimnaziyanı bitirdikdən sonra Gratsda universitetə daxil olur, daha sonra Belqrad
universitetində hüquq təhsili alır. İlk komediyası “Xalq deputatı”nı 1883-cü
ildə nəşr etdirir. Nuşiç 1885-ci ildə baş verən serb-bolqar müharibəsinin
iştirakçısı da olub və orda baş verən hadisələri özünün «Рассказах капрала» adlı əsərində əks etdirib.
50 ildən artıq bir dövrü əhatə edən yaradıcılığı ilə yazıçı bir sıra satirik komediyalar yazmış, bununla yuqoslav dramaturgiyası və tarixində çox böyük rol oynamışdır.
1920-ci illərin sonu 30-cu illərin əvvəllərində yazıçı ard-arda bir sıra komediyalar yazır, bu komediyalar kaleydoskopik müxtəlifliyə malik idi.
“Nazirin
xanımı” onun yaradıcılığının elə məhz bu yəni son dövrünə təsadüf edir, hansı ki, Nuşiç bu əsərdə milli koloriti göstərməyə çalışıb.
Yazıçı 1938-ci ildə 78 yaşında həyata gözlərini yumur.
Əəsərin Akademik Milli Dram Teatrımızda premyerası 2014-cü ildə olub. Mənsə bu tamaşaya 3 il sonra gedib çıxa bildim. Həyatla paralel dünyalarda yaşayıram, ya zaman mənə çatmır, ya mən zamana :)
Mövzu etibarilə əslində çox maraqlı əsərdi.
Əsər ilk dəfə isə 1970-ci ildə Tofiq Kazımov, Ələsgər Şərifov tərəfindən səhnələşdirilib. Lakin mənim baxdığım tamaşanın quruluşçu rejissoru isə Mərahim Fərzəlibəyovdur.
İncəsənət cəmiyyətin təəssüf ki, çox az bir hissəsinin fərqində olduğu sənət sahələridi.
Ona görə də hər zaman teatrlara getməli olduğumuz fikrini yenə də müdafiə edəcəm.
No comments:
Post a Comment