Sunday, 28 April 2013

Die Madonna im Pelzmantel.

Azərbaycan dilində "Kürk mantolu madonna" - Səbahəddin Əlinin 1943-cü ildə yayımlanan romanının adıdır.Nazim Hikmətin "Türk edebiyatının ilk devrimci-gerçekçi hikâyeci ve romancısı"   deye adlandırdığı Səbahəddin Əli 25 fevral 1907-ci ildə Ədirnə vilayətində anadan olub.Atası Səlahəddin Əlinin piyada yüzbaşı olması ilə əlaqədar olaraq yazıçı ilkin təhsilini ölkənin fərqli şəhərlərində(İstanbul,Çanaqqala,Edremit) tamamlayıb.

1926-cı ildə İstanbul Müəllim Məktəbindən məzun olduqdan sonra 1 il Yozgatda müəllim kimi çalışmış,daha sonra Təhsil Nazirliyinin keçirtdiyi imtahanı verib 2 il(1928-1930) müddətinə Almaniyaya getmişdir.Vətənə qayıtdıqdan sonra ölkənin müxtəlif şəhərlərində müəllim kimi fəaliyyətinə davam etmişdir.16 may 1935-ci ildə Aliyə xanım ilə evlənmiş və 1936-cı ildə əsgərliyə getmişdir.1941-45-ci illərdə Almaniya dövlət Konservatoriyasında alman dilini tədris eləmişdir.1945-ci ildən İstanbula gəlmiş və jurnalistliklə məşğul olmuşdur.Çap etdiydiyi jurnalları o zamankı iqtidarın təzyiqinə və bir neçə dəfə həbs cəzası almasına səbəb olmuşdur.Hakimiyyətin təzyiqindən uzaqlaşmaq üçün xarici ölkəyə getməyə qərar verməsinə baxmayaraq ona pasport verilmir.Yazıçı buna görə də Bolqarıstana qaçmağa qərar verir.Cəsədi 2 aprel 1948-ci ildə Bolqarıstan sərhəddi yaxınlığında və müəmmalı şəkildə tapılır.

  
 Yazıçının 30 sentyabr 1937-ci ildə dünyaya gələn qızı Filiz Ali sağdır.İxitsasca mənim kimi pianist və musiqişünasdır.Rəsimdə gödüyünüz bu balaca qızcığaz artıq çox yaşlı bir qadındı.Şəxsi blogu var:Filiz Ali.

   Oxuduğum kitab kitab 1982-ci ildə Bakıda nəşr olunub.Tərcüməni hədsiz çox bəyəndim.Bircə Ankara şəhərini Anqara kimi tərcümə olunması üzümdə təbəssümə səbəb oldu.

      Kitabı bu cür sürətlə oxumağımın səbəbi Raif əfəndinin əslində necə birisi olduğunu aydınlaşdırmaq istəyim idi.Təbii ki,kitabda nələrdən bəhs edildiyini yazmayacağam.Əgər yazsam əsəri oxumaq istəyən üçün  maraqsız gələr.Amma bircə bunu deyə bilərəm ki,Raif əfəndinin Səhabəddin Əlinin elə özü olduğuna dair fərziyyələr var.Buna inanmamaq da olar,lakin yazıçının öldüyü zaman cibindən çıxan kağızda "Maria Puder öyle ölmedi" deyə bir yazı tapılıb.Kitabda adı çəkilən Xəz paltolu madonnanı yazıçı Andreas del Sartonun “Madonna delle Arpie” tablosuna bənzədir.Sağ tərəfdə gördüyünüz rəsm həmin tablodur.
   

    Sizə romanda təsvir olunmuş Almaniyanın paytaxtı Berlindəki küçələrinin rəsimlərini təqdim edirəm.Əsəri oxuduğunuz zaman istəyirəm ki,əyani olaraq bu rəsimlər gözünüzün qarşısında canlansın.Wittenbeg meydanı : 









Tiagraten


                                                                                                  Kurfürstendamm küçəsi :












Nollendorf  meydanı : 














Lützow küçəsi : 




Romanisches Café : 















Anhalter stansiyası :


Wansee gölü :

Charite xəstəxanası :












Əsərdə bəhs edilən üvertyura:

Carl Maria von Weber

 - Oberon - Overture.


Kitabdan seçdiklərim :

 



      Biz başımıza gələn hadisələrin anlamadığımız,gözləmədiyimiz cəhətlərinə görə əsəbləşir,inciyir,təəccüblənirik.
     
      İnsanlar bir-birilərini tanımağın nə qədər çətin olduqlarını bildiklərinə görə bu zəhmət tələb edən işə girişməyə təşəbbüs etməkdənsə ,bir-birilərinə kor-koranə yanaşmağı və yaşayış uğrundakı mübarizədə bir-birilərinin varlığından xəbərsiz olmağı üstün tuturlar.

      Mühitin illərcə həm də aram-aram yorulmadan yaratdığı saxta sifətlər daha qüvvətli idi,əsl insani keyfiyyətlərin baş qaldırıb meydana çıxmasına imkan vermirdi.

     Dünyada nə adi,ən miskin,ən axmaq adamın insanı min heyrətə salan çox qorxulu və ziddiyyətlərlə dolu ruhu olur.
     
      Kim olursa olsun fərqi yoxdur,bir insanın həyatla ölüm arasındakı böyük körpüdə çapalaması çox dəhşətli hadisədir.
  
     Onun ayırlmağının mənim üçün ağır olacağını bilmirdim.

     İnsan səbr edib dözə bilməyəcəyini zənn etdiyi çox şeylərə alışır.

    Quzuya oxşar bir çox adamların ağzında vəhşi canavar dişlərinin ağardığını görmüşəm.

      Şübhə yoxdur ki,hər kəsin özünəməxsus ruhu vardır.Lakin çoxları,bütün ömrü boyu bunun fərqinı varmır.Bu ruh,ancaq özünə oxşarı ilə rastlaşdıqda meydana çıxıb özünü göstərir.Həm də bizdən,ağlımızdan,istəyib-istəməzdiyimizdən asılı olmayaraq meydana çıxır.

      Eşq tamamilə başqa,bizim təhlil edə bilmədiyimiz elə bir hissdir ki,necə yaranıb meydana gəldiyini bilmədiyimiz kimi,günlərin birində hara çıxıb getdiyini d bilmirik.
        
     Sevgi bütün məntiqlərdən kənarda,təsvir edilməsi mümkün olmayan,mahiyyəti bilinməyən bir şeydir.

      Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda,onun həqiqətəndə sənə heç bir şey vermədiyini görmək,bir adamın sənə çox yaxın olduğunu hesab etidyin vaxtda,onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!

     Şüursuz yox,ağlı başında insan kimi sevirəm səni....





2 comments:

  1. Blog yazılarına çoxdandır baxmıram, doğrudan da çox gözəl hazırlayısa bütün yazılarını. Şəxsən mənə çox xoş gəlir oxuyanda. Həmişə belə həvəsli və uğurlu yazılar görmək ümidi ilə ;)

    Yeri gəlmişkən Sabahaddin Ali ilə məni də Vəli tanış etmişdi. Ona görə ona nə qədər təşəkkür etsəm azdır :)

    ReplyDelete
  2. Oxuduğun üçün minnətdaram .Hə çox həvəslə hazırlayıram,bunun hiss olunmasına sevindim.Həqiqətən bu əsəri çox sevdim,yaxşı ki,oxumuşam. Hə,Vəliyə nə qədər təşəkkür eləsək azdır :)

    ReplyDelete