Wednesday, 3 April 2013

Covanni Ozzolanın foto-sərgisi :)


     Nəhayət canım arkadaşım olan Xəyalə ilə çoxdandır planlaşdırdığımız amma gedə bilmədiyimiz sərgiyə getdik.Deyəsən bir az qarışıq cümlə oldu :P .
Hər nə qədər Xəyalənin rəsm qabliyyəti olsa da (sübut olunub ki,mənim o sahədə heç bir istedadım yoxdu :D ) mənim də sərgilərə həsdiz marağım var.Balıq bürcü sərgisindən sonra bu ikinci sərgidir ki,Xəyalə ilə birlikdə gedirəm.Hər halda baxmağa dəyər sərgi idi.Təssüfləndiyim fotoqrafın seminarlarında iştirak edə bilməməyimiz olub.Daha doğrusu çox insan gələ bilər deyə seminarları elan etməyiblər.Amma bundan sonra söz verdilər ki,özləri xəbər edəcəklər.
     Gələk sərgiyə.Sərgi Gazelli Art House-da keçirilir.İndidən deyim ki,1-ci günlər qeyri-iş günüdür.Birdən siz də bizim kimi gedib  sonra ikinci dəfə yenə getmək məcburiyyətində qalmayasız deyə dedim :) 
Bu əsər simvolik bir əsər idi.Üzərində Fare and Hope yazılmışdı.İtalyalı fotoqrafın fikrincə həyat qorxu və ümiddən ibarətdir.Bəlkə də haqlıdır.



Ən bəyəndiyim isə bu kilsə zəngi idi.Bundan orda iki dənə var idi.Bu bir az böyük olanı idi.Digəri nisbətən kiçik idi.Üzərində italiyan dilində cümlələr yazılmışdı.Bunun üzərində  "Məhəbbət günəşi hərəkətə gətirir,günəş isə bütün planetləri " yazılmışdı.Digərinin üzərində Dantenin "İlahi komediyasından" olan ifadələr yazılmışdı.


Bu  da həmin sərginin kataloqu. :)

P.S. Sərgi mayın 26-na kimi açıqdır.


No comments:

Post a Comment