Saturday, 20 April 2013

The 5th Gara Garayev international contemporary music Festival Baku, Azerbaijan, 14-19 April 2013.



 Dünən 5-ci beynəlxalq Qara Qarayev adına müasir musiqi festivalının bağlanışı keçirildi.Maraqlıdı nədənsə mənə bu festivalın ancaq bağlanışına getmək nəsib olur.2011-ci ildə bu festivalın 4-cüsü keçiriləndə də bağlanışıa gedə bilmişdim.Həmin günü o qədər dəqiqliklə xatırlayıram ki...
O zaman festival 2-8 aprel tarixlərində keçirilirdi.Və 8 aprel 5-ci günə düşürdü.Kollecden tanıdığım,indi də yaxın əlaqəmiz olan çox istədiyim Leyla ilə ikimizixtisas dərslərimizdən çıxıb gedeceyimiz üçün sözləşmişdik.Hər ikimiz şöbə müdürlərinin tələbəsiydik.O,Azadə Bədəlbəylinin,mən Əsgərova Samirə müəllimənin tələbəsiydim.O zamanlar hələ Bakı Musiqi Akademiyasına daxil olmağı planlaşdırırdıq.Halbuki,kollecin hələ 3-cü kursunda oxuyurduq.İndi mən Bakı Musiqi Akademiyasının musiqişünaslıq fakultəsində,o isə pianoçuluq fakultəsində oxuyur.Heç ağlıma gəlməzdi ki,mən ixtisasımı dəyişib,pianoçu yox musiqişüaslığa verərəm...Nə isə..Həmin günü həmişə olduğu kimi Samirə müəllimə məni dərsdən gec buraxmış,Leyla isə məni foyede gözləmişdi.Acından öldüyümüz üçün (dərsdən çıxanda saat təxminən 5 radələri idi)yemek yedikdən sonra məşhur Tarqovı yəni Nizami küçəsinin dolanbac yolları ilə gedib Qız Qalasının yanına çıxıb,ordan da Filarmoniyaya getmişdik.O ildə bağlanış mərasimində ancaq violin konsertləri(Alban Berg,Qara Qarayevin violin konsertləri,Fərəc Qarayevin violin və orkestr üçün konserti) səslənmişdi.İfaçı Patricia Kopatchinskaja idi.Hətta ifaçının saçlarını mənim kimi kəsdirdiyini deyib bir xeyli gülmüşdük.Bu da həmin xanım.Elə saçları biz görəndə bu uzunluqda idi :)
(Bu arada həmin xanımı bilmirəm amma mənim saçlarım artıq uzundur :P ).Ümumiyyətlə həmişə olduğu kimi(nə zaman Leyla  ilə yol getsəm)o qədər  gülmüşdük ki,həm konsertə gedərkən,həm evə gedərkən...Eh xatirələr....
     Nə isə indi 5-ci beynəlxalq Qara Qarayev festivalının bağlanışı haqqında danışım.


Demək olar ki,bu festival bir ənənə halına gəlib.Və hər il bu festival çərçivəsində müasir üslubda yazılan əsərlər səslənir.Festivalın bağlanışı "Üç dolanbac" adlanırdı.İlk əsər György Ligetinin "Lontano" əsəri idi.


İkinci əsər kimi  Alban Shcönbergin Piano konserti səsləndi.Solist avstriyalı pianist Kaori Nishii idi.Həmin əsəri nə qədər axtardımsa youtube-da tapa bilmədim.Və sonuncu və mənə görə digərlərinə nəzərən maraqlı əsər Luciano Berio-nun 8 səs və orkestr üçün "Sinfonia" əsəri idi.Elə bilərsiz yazılışda səhv yazmışam,amma bookletde elə yazıldığı üçün mən də "Sinfonia" kimi qeyd etdim.Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına simfonik orkestrimiz və Rusiyanın Questa musica ansamblı ilə birgə çıxış etdilər.Əsər dördhissəli idi.
 
Bu mənim getdyim konsertdə səslənən ifasından bir hissə :)  
Bu arada bu sonuncu əsərdən bir fraqmentdir.



No comments:

Post a Comment