Uzun zamandır ki,bizim ölkədə məhşur olmasına baxmayaraq mən onun əsərlərindən birini oxuyub bitirməyə yalnız bu gün müvəffəq oldum.1947-ci ildə Brazilyada - Rio de Janeyroda anadan olan Paulonun hədsiz qəribə həyatı olub.Ən maraqlısı onun bir zamanlar hippi olmasıdır.
1988-ci ildə qələmə aldığı "Kimyagər" romanı Brazilyanın tarixində ən çox satılan kitab kimi "Ginnesin rekordlar kitabı"na düşüb.Etiraf edim ki,məhz bu qədər çox oxunduğu üçün bu əsəri oxumağı qərara aldım.Amma mən o qədərdə bəyənmədim.İspaniyadan Misir piramidalarının ətrafında öz xəzinəsi axtarmağa gedən Əndəlüslü çoban Santiagonun nağılvari həyatının fəlfəsi hekayəsidir.
Ən sonda kitabdan xoşuma gələn cümlələri qeyd edim :
Qumsallar küləyin təsirilə dəyişir,amma səhra olduğu kimi qalır.
Yer üzərində hər bir insanın onu gözləyən bir xəzinəsi var.
Ən qaranlıq an şəfəqdən öncəki andır.
Bir dəfə olan bir daha təkrarlanmaya bilər amma və lakin iki dəfə olan üçüncü dəfə də olacaqdır.
Bir xəyalı reallaşdırmaq ehtimalı həyatı maraqlı edir.
Heç razı olmadığım cümlə isə :
Yer üzündə hər bir insan dünya tarixində baş rol oynayır və təbii ki,özünün xəbəri olmadan.
Bu fikirlə razı deyiləm çünki hər bir insan yalnız öz taleyində baş roldadır.Bəzilərimiz dünya tarixində də baş rol oynaya bilər amma bu hamıya aid deyil.

No comments:
Post a Comment