Konsertdəki bütün nömrələr maraqlı idi. Bircə anlamadığım konsertin bookleti hazırlanmamasına baxmayaraq hər rəqsdən əvvəl rəqsin adı elan olunmurdu. Bircə ən birinci rəqs yəni, Ü.Hacıbəylinin "Cəngi" si elan olundu.Ona görə də təəssüflər olsun ki, yerləşdirdiyim videolardakı rəqslərin hamısının adını bilmirəm.
Amma bildiyim qədərilə “Qarabağ”, “Nəlbəki”, “Uzundərə”, “İgidlər” , "Vağzalı" və digər rəqs nümunələri təqdim olundu.
Bu ansambl 1970-ci ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi 40 ildən artıq müddətdə bu kollektiv milli rəqs ənənələrinə əsaslanaraq Azərbaycan xoreoqrafiyasının parlaq təbliğatçısı olmuşdur. Ansamblın gərgin əməyi sayəsində öz obrazlılığı, rəngarəngliyi, təbiiliyi və incəliyi ilə seçilən Azərbaycanın milli rəqs yaradıcılığı son illər xeyli inkişaf edərək, xarici ölkələrdə də məşhurlaşmışdır. 1982-ci ildən bu günədək kollektivə Xalq Artisti Afaq Məlikova rəhbərlik edir. Fəaliyyəti dövründə professional kollektiv səviyyəsinə çatmış Dövlət rəqs ansamblı yüksək sənətkarlığa malik olan ifaçılar nəsli yetişdirmişdir. Professionallardan ibarət olan bu kollektiv bir çox beynəlxalq səviyyəli festivallarda yaddaqalan çıxışlar etmişdir. Kollektiv 1979-cu ildə Beynəlxalq Karfogen folklor festivalının qızıl medalına layiq görülmüşdür.
Bütün rəqsləri az da olsa çəkdim. Amma təssüflər olsun ki, bütün videoları yerləşdirə bilməmişəm.Maraqlı konsert idi. Milli musiqi olduğundan dinləmək kifayət qədər zövqverici idi. Ceyran xanıma konsertə dəvət etdiyi üçün dərin təşəkkürlər :) !!!
No comments:
Post a Comment