Sunday, 8 December 2013

"Rəqs dünyası"


    Keçən həftənin bazar günü (01.12.2013) Respublika Sarayında  təşkil olunan "Rəqs dünyası" adlı konserti izlədim.


   Konsert Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası və qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi münasibəti ilə təşkil olunmuşdu.




Düzü mən bunu konsertdə olarkən bildim :)))) Çünki konsertə giriş yalnız dəvətnaməylə idi, biletlər satışda deyildi, heç konsertin afişası da yox idi.

    Konsertdən əvvəl çıxış edən Mədəniyyət və Turizm naziri Əblüfəs Qarayev ölkəmizin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası kimi vacib bir tədbirə ev sahibliyi etməsini əlamətdar hadisə olduğunu vurğuladı. 






    Bu sessiyanın  Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının 10 illik yubileyinə təsadüf etməsi isə bu önəmi daha da artırır. 





      Çıxış edən UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının katibi xanım Sesil Düvel isə sessiyanın təşkilində göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Daha sonra “Rəqs dünyası” adlı konsert təqdim olundu.
   Rəqqasların ifasında “Qarabağ”, “Bulaq”, “ Vağzalı”, “Koroğlu” və digər rəqslərimiz təqdim olundu.  

    10 illik yubileyi qeyd olunan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyası müasir beynəlxalq hüququn ən işlək mexanizmlərindən biridir. Burada söhbət hər bir xalqın mənəvi dəyərlərindən gedir.


    


      Azərbaycan müvafiq Konvensiyanı 2007-ci ildə ratifikasiya etsə də, hələ 2003-cü ildə muğamımız müvafiq proqram çərçivəsində bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri elan olunub. 

     
   Daha sonra Azərbaycanın aşıq sənəti, xalça sənəti, Novruz bayramı və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.














Bu da konsertdən geriyə qalan maraqlı xatirəmiz :)))))))

Aytənlə mənim əllərim :))) daha doğrusu üzüklərimiz :)))







Buyurun həmin konsertdən görüntüləri izləyin :




























P.S.Aytən konsertə dəvət üçün çox təşəkkürlər :)))))





No comments:

Post a Comment