Thursday, 21 November 2013

"Benim Dünyam"

    Helen Keller  ABŞ-da yaşayan pedaqoq olub. Körpe çağlarından etibarən kar,kor və dilsiz idi. Amma buna baxmayaraq elədikləri sayəsində dünyada əfsanəvi bir insana çevrilib.O, 17 iyun 1880-cı ildə  Alabamada   hərbiçi Arthur Henley Keller ve Kate Adams Keller'in qızları olaraq dünyaya gəlir. Körpə 19 aylıq olanda keçirdiyi xəstəlik nəticəsində görmək,eşitmək və danışmaq bacarıqlarını itirir.Bunun nəticəsində Helen  nadinc uşağa çevrilir. Valideyinləri həkimə müraciət edirlər. Həkim valideynlərə  belə uşaqlarla çalışan mütəxəssisə müraciət etmələrini söyləyir.Helenin valideynləri Graham Bell ilə əlaqə yaradırlar.
    Telefonu icad etdikdən sonra Graham Bell karların səssizliyini aradan qaldımaq üçün çalışırdı. Çünki onun anası anadan gəlmə kar idi. Düzdür, Graham Bell bunu heç vaxt reallaşdıra bilmirHətta onun babası və atası da bunun üçün çalışmışdılar. Xüsusilə atası karlar üçün danışmaq qabliyyətini inkişaf etdirməyin üsullarını  üzərində çalışırdı.

Alexander Graham Bell.jpg    Helenin valideynləri Graham Bellin sayəsində  Anne Mansfield Sullivan ilə tanış olurlar.Anne -nin özünün də görmə qabliyyəti çox az idi. Amma buna baxmayaraq Anne Mansfield Sullivan Helene yazmaq, oxumaq və danışmağı öyrədir. Müəlliməsinin Helene öyrətdiyi ilk söz "Su" idi.  Həyatının ilk 9 ayı ərzində bu söz Helenin zehnində idi və müəlliməsi onu su nasosunun yanına aparıb əlini suya toxundurmuş və əlinə su sözünü yazmışdı. Universitet təhsili aldığı zamanda Helen "Həyatımın hekayəsi" adlı kitab yazır.1 İyun 1968-ci ildə yuxuda olarkən vəfat edir.

The Story of My Life Cover.jpg




    "Benim dünyam" sırf hindlilərin  çəkdiyi "Black" filmin türk versiasıdır.Film  Helenin həyatını  bütünlüklə əhatə eləməsə də müəyyən bir hissəsini tam olaraq canlandırır. Əslində "Black" filmi də bu mövzu haqqında çəkilən ilk film deyil.Helenin  həyatından bəhs edən film ilk dəfə 1919-cu ildə hələ Helen sağ ikən çəklir amma bu filmi heç Helenin özü də bəyənmir,həmçinin film gəlir də gətirmir.Daha sonra 1953-cü ildə "The Unconquered" adlı sənədli film çəkilir. Filmin adı sonralar dəyişirilərək "Helen Keller in Her Story" olur. Bu film 1955-ci ildə ən yaxşı uzun metrajlı film nominasiyası üzrə Oskar da qazanır. Daha bir film 
The Miracle Worker  filmidir.  Bu film isə 1962-ci ildə çəkilib.








Helen Keller və Anne Mansfield Sullivan 

   Düzünü deyim ki, "Benim dünyam" filmini ümumilikdə çox bəyəndim. Heç özümdən gözləməzdim amma mən filmdə hətta ağladım. 
Film haqqında çox yazmaq istəmirəm onsuzda internet vasitəsilə bütün məlumatları ala bilərsiz.


Filmdən ən sevdiyim söz : 

Hayat bir  dondurmadır.Erimeden tadını çıkarın!!! :) 









  Və sonda  Helenin fikri ilə yazımı bitirirəm:
 Хотя мир полон страданий, он также полон примеров преодоления страданий.

   Bütün dünya  dərdlərlə doludur. O həmçinin çarələrlə də doludur. :) 




P.S. Filmi Nizami kino mərkəzinə  gedib izləyə bilərsiz.



No comments:

Post a Comment