Wednesday, 16 October 2013

Qobustan (Gobustan)

Bir müddət bundan əvvəl atadan məni Qobustana aparmasını istəmişdim.  Oktyabrın 16-da getdik.  Bu qoruq 1967-ci ildə (1966-cı il,9 sentyabr)  Azərbaycan     SSR nazirlər   Sovetinin qərarı ilə təşkil olunub.   Qobustan Böyükdaş,   Kiçikdaş və Cingirdaş   adlanan ərazilərdə yerləşən qayalarda həkk edilmiş təsvirlərdir.   E.ə. 8-ci minillikərdən eramızın   19-cu əsrinədək əhatə etməsi baxımından Qobustan dünayda yerləşən abidələrdən ən zənginidir.   2007-ci ildə YUNESKO-nun     Ümumdünya maddi-mənəvi irslər siyahısına daxil edilmişdir.

 (Azərbaycanda iki mədəniiyət abidəsi :  ilk İçərişəhər daha sonra Qobustan bu siyahıya daxil edilib.)

Qobustan Bakıdan bir az uzaqda yerləşir.Bura şərti olaraq deyim ki,iki hissədən ibarətdir.Əvvəlcə  
Qayaüstü təsvirlərə canlı olaraq baxırsız daha sonra qayıdıb muzeydə onları izləyə bilərsiz



Girişdə sizi sağ tərəfdə gördüyünüz azıx adamlar qarşılayır :))) Bu heykəllər muzeyin qarşısında yerləşir.


Bu isə muzeyin xaricdən olan görüntüsüdür.


Burdan daxil olmaq üçün biletlərinizi almalısız.
P.S.Biletlərin qiyməti hər adam üçün 2 manatdır.Əgər şəxsi maşınınzla gəlmisinizsə bunun üçün də əlavə 1 manat ödəyib bilet almalısınız.


Daha sonra daşlı-qayalı yollardan keçib həmin qayaüstü təsvirlərin yerləşdiyi əraziyə gəlirsiz.Bu da ordan rəsimlər :





 














Yuxarıda qeyd elədiyim daşlı qayalı yerləri qayıdanda videoya çəkdim.Buyurun izləyin :)
P.S.Səslənən musiqi radiodan gəlir.Atam yol gedərkən radio dinləməyi sevir.Bu milli musiqidirsə mütləq şəkildə həmin musiqi dinlənilməlidir :)))



 Daha sonra gəlib çıxırıq muzeyə.Heç mən muzeyin bu qədər gözəl olacağını bilmirdim.Həmin qayaüstü təsvirlərin izahı müasir texnologiyalarla çox gözəl verilib.Əslində çəkiliş etmək qadağan idi.Amma mən gizli çəkiliş eləmişəm :)))) 


İçəridə müxtəlif səslər eşidə bilərsiz.Bir anlıq özümü həmin dövrdə hiss elədim :)

  Müxtəlif dövrlərdə nələr kəşf olunub və nələri əvəz eləməyə başladığını izah edən monitoru da görə bilərsiz. :)




Keçmişin müasir dövrlə müqayisəsi :



1-ci mərtəbəni gəzdikdən sonra pilləkənlərlə aşağı düşürsüz.P.S.Pilləkəndəki ayaq izlərini izləyərək gedin :)


Qayaüstü rəsimlərin muzeydəki həm dövlərlə həm də nə olmasının aydın
izahı :



Bu da muzeydən rəsimlər.





Təbii ki,bu orda olanların  çox cuzi hissəsidir :) 


     Əslində mən ora sırf Çingiz Mehdiyevin ifa elədiyi Qaval daşını görmək üçün getmişdim.Amma onu görə bilmədim.Daha doğrusu Qobustanda qaya üstü təsvirləri görmək üçün orda müəyyən olunmuş yollarla hərəkət eləmək lazımdır.Çünki çox geniş bir ərazi olduğuna (4500 hektar)  görə təhlükəsizlik baxımından müəyyən olunmuş yerlərdən kənara çıxmağa icazə yoxdu.Ümumiyyətlə Qavaldaş Cingirdağ və Böyükdaş ərazisində yerləşən iki abidədir.Biz Böyükdaş ərazisində idik.Orda iki belə Qavaldaş var idi.Bunlardan biri sol tərəfdə gördüyünüz Qavadaşdır.Və üzərindəki bu balaca daşla da ifa olunur.
     Daha bir Qavaldaş da aşağıdakıdır.Bunu üzərində ifa olunması üçün bir neçə dənə daş var idi.Qavaldaşdan səslərin çıxamasının səbəbi bildiyim qədərilə daxilində hava deşikləri olduğu üçündür.


Yuxarıda bəhs etdiyim Çingiz Mehdiyevin ifa etdiyi Qavaldaş isə məhz budur : 




P.S.Ümid edirəm ki,yazımı bəyəndiniz :)Vaxtınız olanda mütləq gedin.Bu dəyərli irsimizlə hər birimiz tanış olmalıyıq.



No comments:

Post a Comment