Friday, 25 October 2013

Baku Jazz festival 2013

    Hər il keçirilən jazz festivalı bu il 23 oktyabr - 2 noyabr tarixlərinə təsadüf edir.Mən dünən keçirilən konsertlərin birində yəni Rəşid Behbudov adına mahnı teatrında keçirilən konsertə getmişdim.Konsertlər deyirəm çünki dünən eyni zamanda Baku Jazz Center-də saat 9-da da konsert var idi.Sol tərəfdəki şəkildən də gördüyünüz kimi ifaçı qrup "Jangi" idi. Qrupun yaradıcısı MirCavad Cəfərovdur.
    
Proqram:
1.W.A.Mozart :  Sonata No 8 ( a-moll)
2.Q.Qarayev  : Prelüdiya No 2 ( c-moll )
 3.F.Chopin. : Nocturne No 20 ( cis-moll )
4.Çahargah - fantaziya
5.George Shearing : "Lullaby of birdland"
6.Dizzy Gillespie : "A night in tunisia"
7.Antonio Carlos Jobim  : "One note samba"
8.A.Məlikov : 26 Bakı Komissarı filmindən kompozisiya
9."Tiflisi" xalq rəqsi
10.Qarabağ şikəstəsi.

İfalar çox gözəl idi.Bircə səhnə tərtibatını sevmədim.Səhnəni zalın ortasında qurmuşdular.Əslində dairəvi şəkildə düşünsələr də səhnə yenə də birtərəfli olurdu.Və təssüflər olsun ki,bizim əyləşdiyimiz yer elə bil səhnənin arxası idi.


Bu da konsertdən görüntülər.
P.S.Bəzi videoları  yotube-a yerləşdirmədən birbaşa burda yerləşdirmək istəyirdim amma alınmadı.Ona görə də ancaq youtube-a yerləşdirdiklərimi paylaşa biləcəm :)))
Buyurun izləyin :)))



 Gara Garayev : Prelude No 2

Chopin : Nocturne No 20 ( cis-moll ) 

Çahargah-Fantaziya 

George Shearing : Lullaby of birdland 

"Tiflisi" xalg rəgsi 

"Qarabağ şikəstəsi" 



P.S.Aytən həqiqətən çox sağ ol :))))




Bilməyənlər üçün qeyd edim ki, jazla bağlı bütün məlumatları bu saytdan ala bilərsiz. :)))









No comments:

Post a Comment