Blogumun daimi izləyiciləri ( İlahi, mən necə də təvazökaram ^_^ ) mənim Miniatür Kitab Muzeyinə getdiyimi bilirlər. Dəqiq olaraq hansı gündə söz vermişdim onu xatırlamıram amma qrupyoldaşım Nəhayətsiz Humanisti yəni Məkkəni Miniatür Kitab Muzeyinə aparacağıma söz vermişdim. Mən ona Nəhayətsiz Humanist deyirəm, çünki dünyayla savaşmır, savaşsa da bu savaşlar çox qısa olur, yəni kainatla barışıq insandı.Olmağına dünyayla mənim qədər savaşmaq da normal bir şey deyil, o artıq ayrı məsələdi.
İçərişəhərin Qoşa Qala qapısından içəri girəndə həmin gün üçün qərarlaşdırdığımız digər bir muzeyə rast gəlmişkən birinci elə Arxeologiya və Etnoqrafiya Muzeyindəki Sərgiyə getdik. Bu sərgi "Leyli və Məcnun tamaşasının dekorasiya və marionet kuklaları sərgisi" idi. Yəni "Leyli və Məcnun" tamaşasında istifadə olunacaq kuklaların sərgisi idi.
Marionet Teatrı hal-hazırda təmirdədir.
Teatrın nə zaman hazır olunacağı dəqiq bilinməsədə bu ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub.
Amma tamaşanın məşqləri teatrın özündə olmasa da başqa binada gedir. Kuklaların hər biri heç bir mexanizm istifadə olunmadan yalnız insan əli ilə və cökə ağacından hazırlanıb. Kuklaların paltarları da qədim dövrdən qalan parçalarla hazırlanıb. Sərgi Marionet Teatrının rejissoru Tərlan Qorçunun attraksionda ölən qızı Dəniz Qorçuya həsr olunmuşdu.
Bizi sərgi ilə tanış edən isə Həsən Yaqubov idi.
Bizi sərgi ilə tanış edən isə Həsən Yaqubov idi.
hemiweki kimi "👌👍" ☺️
ReplyDeleteNəhayətsiz Humanist 😍😍🙈🙈😘😘☺️☺️
ReplyDelete